Matviyenkoya BDU-nun fəxri doktoru adı verildi

Matviyenkoya BDU-nun fəxri doktoru adı verildi
Bütün Xəbərlər
21:06 09.04.2012
1110

Rusiyanın Federal Məclisinin Federasiya Şurasının sədrinə BDU-nun fəxri doktoru adı verilib

Bu gün Bakı Dövlət Universitetində Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən AZXENER.COM-a verilən məlumata görə, çıxış edən rektor, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat verib. Məlum olub ki, Sovet İttifaqı və Rusiya Federasiyasının tanınmış dövlət xadimi, siyasətçisi və diplomatı Matvienko Valentina İvanovna 21 sentyabr 2011-ci il tarixindən Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri vəzifəsini yerinə yetirir. O, 7 aprel 1949-cu ildə anadan olub. Leninqradın Kimyəvi Əczaçılıq İnstitutunun məzunu olan Matvienko Valentina İvanovna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyasını, eyni zamanda, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

1989-cu ildə SSRİ xalq deputatı seçilib. SSRİ Ali Sovetinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri olub. 1991-1998-ci illərdə diplomatik fəaliyyət göstərib, fövqəladə və səlahiyyətli səfir dərəcəsi var. Rektor, Matvienko Valentina İvanovnanın 1998-2003-cu illərdə Rusiya Federasiyasının Nazirlər Şurası sədrinin müavini, 2003-2011-ci illərdə Sankt-Peterburqun qubernatoru vəzifəsini tutduğunu da diqqətə çatdırıb. 2001-ci ilin sentyabrında Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri seçilib. Həmçinin MDB-yə üzv ölkələrinin Parlamentlərarası Assambleyanın Şurasının sədridir.

Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan söhbət açan rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu münasibətlərin inkişaf etməsinə mühüm töhfələr verdiyini qeyd edib və Bakı Dövlət Universitetinin Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət, Sankt-Peterburq, Dağıstan, İrkutsk, Kazan, Çelyabinsk, Həştərxan, Ufimsk və başqa universitetləri ilə əməkdaşlıgından danışıb. Kazanın Üzvü və Fiziki Kimya üzrə Elmi Mərkəzi və İnnovativ İnkişaf üzrə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, MDB-yə üzv dövlətlərinin nano texnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzi ilə işgüzar əlaqələrin olduğunu qeyd edən rektor M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilə birgə reallaşdırılan layihələrdən, Avrasiya Universitetlər Assosiasiyası çərçivəsində görülən ortaq işlərdən söz açıb. Bakı Dövlət Universiteti haqqında da məlumat verən rektor universitetin 93 illik tarixi ərzində onun çox şöhrətli məzunları, görkəmli alimləri, dünya səviyyəsində tanınan fəxri doktorlarının olduğunu diqqətə çatdırıb. Sonra Bakı Dövlət Universitetinin Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarını elan edib. Məlum olub ki, Matvienko Valentina İvanovna “Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə” Bakı Dövlət Universitetinin Fəxri Doktoru adına layiq görülüb.

Bundan sonra Matvienko Valentina İvanovnaya fəxri doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub. Çıxış edən Matvienko Valentina İvanovna BDU-nun fəxri doktoru olmasından məmnun olduğunu qeyd edərək bunu, ölkələrimizin elm və təhsil sahəsindəki əməkdaşlığa böyük önəm verdiyinin simvolu kimi qiymətləndirdiyini bildirdi. İki ölkə arasındakı əlaqələrdən danışan Valentina Matvienko Rusiya-Azərbaycan partnyorluğunun Xəzər və Zaqafqaziya bölgəsində sabitlik, sülh və təhlükəsizliyinin əsas faktoruna çevrildiyini söylədi.

O, ölkələrinin gələcəyi, demokratiya, gender problemi və bir çox başqa məsələlər ilə bağlı fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır