Mauro İkardi "Qalatasaray"da! - RƏSMİ

İDMAN
15:46 30.07.2023
232
"Qalatasaray" argentinalı ulduz futbolçu Mauro İkardinin transferini rəsmən açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.

Açıqlamada futbolçunun maaşı və PSJ-yə ödəniləcək məbləğ qeyd olunub.

Futbolçunun keçmiş klubuna 10 milyon avro transfer haqqı ödəniləcək.
İkardi ilə 2023-2024-cü il mövsümündən başlayaraq 3 mövsüm razılıq əldə olunub və hər mövsüm üçün 6 milyon avro qonorar ödəniləcək.

Xatırladaq ki, ötən mövsümü futbolçu icarə əsasında "sarı-qırmızılar"ın heyətində keçirib. Argentinalı 24 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Superliqa tarixində "Qalatasaray"da ardıcıl 7 qol vuran ilk futbolçu olub.

OXŞAR XƏBƏRLƏR