Mauro İkardinin vəkilləri onunla işləməkdən imtina etdi

Mauro İkardinin vəkilləri onunla işləməkdən imtina etdi
DÜNYA
13:22 17.03.2025
182
Mauro İkardi ilə Wanda Nara arasında qalmaqal böyüyür.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Chateau Libertadorda cütlüyün qızları və ev heyvanları ilə əlaqəli mübahisələrindən sonra Mauro İkardinin üç vəkili artıq argentinalı futbolçu üçün işləmək istəmədiklərini açıqlayıblar.
 
İkardinin hazırda vəkil tapa bilmədiyi açıqlanıb.
 
İkardi vəkillərindən istefa verməmələrini istəyib, lakin vəkillər argentinalı futbolçuya son hadisədən sonra bütün səylərinin nəticəsiz qaldığını bildirərək bir daha Mauroda işləməyəcəklərini bildiriblər.

İkardi bu yaxınlarda məhkəmədən qızları Francesca və Isabella ilə görüşməmək qərarı alıb. Lakin İkardi evə icazəsiz daxil olduqdan sonra böyük mübahisə başlayıb və Wanda Nara İkardi ilə mübahisə edib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR