Bu gün Şəkidə təbii qaza məhdudiyyət tətbiq edilməsi sakinlərin narahatlığına səbəb olsa da sonradan problemin mahiyyəti aydınlaşıb.AZXEBER.COM-un məlumatına görə, bu gün səhər saatlarından Şəki rayonunda təbii qazın verilməsində məhdudiyyətlər yaranıb.
Qışın soyuğunda həm də bayram günündə “mavi yanacaq”sız qalan rayon sakinləri digər enerji mənbələrindən istifadəyə üstünlük verib.Bu arada Şəki Qaz İstismar Sahəsindən Gün.Az-a verilən məlumata əsasən, bu gün rayonun Kiş kəndi ərazisində məcburi köçkünlər üçün tikilən və bir müddət əvvəl ölkə başçısı tərəfindən istifadəyə verilən şəhərciyə yeni qaz xətləri birləşdirilir. Sözügedən şəhərciyə təbii qazın verilməsi təmin olunan andan rayon ərazisində də məhdudiyyətlər aradan qaldırılacaq.