May ayında neçə qeyri-iş günü olacaq?

May ayında neçə qeyri-iş günü olacaq?
SOSİAL
14:54 20.04.2017
1509

 

May ayında 9 May-Qələbə günü və 28 May-Respublika günü ilə əlaqədar qeyri-iş günlərinin sayı məlum olub. 

APA-nın məlumatına görə, bu il mayın 9-u çərşənbə axşamına, mayın 28-i isə bazar gününə təsadüf edir.

28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək, 29 may qeyri-iş günü sayılacaq.

Beləliklə, may ayında iki gün qeyri-iş günü olacaq.

 

OXŞAR XƏBƏRLƏR