Mayın 4-nə olan hava proqnozu

MARAQLI
02:02 04.05.2011
1792
Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. 
Atmosfer təzyiqi norma daxilində 758 millimetr civə sütunu təşkil edəcəkdir. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Hava gündüz əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Hava gündüz əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Hava gündüz əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

OXŞAR XƏBƏRLƏR