“Nə vaxtsa dərsliklərdə oxuya biləcəksiniz ki, Rusiya imperiyası öz mövcudluğuna Maydanın qələbəsindən sonra son qoyub”.ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın eks prezidenti Mixail Saakaşvili ABŞ-da Ukrayna pravoslav kilsəsinin Kiyev Patriarxı Filaretlə görüşü zamanı deyib.