Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev AZXEBER.COM-un qonağı olub.
Bu gün
hər kəs BakuBus haqda xoş sözlər deyir. Olduqları, getdikləri əraziyə məhz BakuBusla getmək
istəyirlər. Çünki biz həmin avtobuslarla vətəndaşlara fərqli xidmət göstəririk.
Bu həm də sürücülər üçün fərqli bir model yaratdı. Sürücülərə əmək münasibətlərinin
necə tənzimlənməli olduğunu, iş və istirahət vaxtlarının düzgün bölünməsi və
onların peşəkarlıqlarının artırılması üçün təlimlər keçirilməyə başlandı. Artıq
bir qism sürücünün həmin təlimlərdən keçməsi təmin olunub. Hal-hazırda Türkiyə
istehsalı olan avtobuslar idarə etmək üçün qəbul olunan sürücülərin təlim işləri
aparılır.
Sizin efir vasitəsilə də sürücü işləmək istəyən vətəndaşlara müraciət etmək istəyirəm ki, 300-ə yaxın yeni alınan avtobusları idarə etmək üçün peşəkar sürücülərə olduqca ehtiyac var. Hazırda sürücü kimi çalışan vətəndaşlarımız da müraciət edə bilərlər. Onlar bilməlidirlər ki, əgər BakuBus MMC-ni seçərlərsə, onlarla normal əmək müqaviləsi tənzimlənəcək, iş və istirahət vaxtlarının bölünməsi kimi bütün qanunvericiliyin tələbləri yerinə yetirilmiş olacaq".
Mais Ağayevin müsahibəsinin tam versiyasının təqdim edirik: