Maykl Ceksonu qəbirdə də rahat buraxmırlar

Maykl Ceksonu qəbirdə də rahat buraxmırlar
ŞOU-BİZNES
11:19 08.09.2011
1688
Mərhum müğənni Maykl Ceksonun təkrar məhkəmə işi başlayıb. Bu barədə BBC xəbər verib. Məhkəmədə təqsirləndirilən şəxs qismində yenidən, Konrad Mürrey – müğənninin şəxsi həkimi yer alır. Bu yaxınlarda cavabdeh tərəf, münsiflər heyətinin qərarına təsir etməmək baxımından, məhkəmənin kütləvi informasiya vasitələri üçün qapalı keçməsi barədə vəsatət qaldırsa da, Los Anceles şəhərinin apelyasiya məhkəməsi həmin vəsatəti qəbul etməyib. İstintaq versiyalarına əsasən həkim Mürrey keçmiş pop ulduzuna ölümcül miqdarda ağrıkəsici və sakitləşdirici vasitə verərək Ceksonun ölümünə səbəb olub.Həkim Mürrey verdiyi ifadədə günahının olmadığını deyib və sübut etməyə çalışıb ki, Cekson onun verdiyi dərmanlardan ölməyib.
OXŞAR XƏBƏRLƏR