Mbappe məşhur tennisçiyə öz formasını hədiyyə etdi

İDMAN
18:47 19.08.2024
145
İspaniyanın "Real" klubunun yeni transferi Kilian Mbappe məşhur tennisçi Rafael Nadala öz formasını hədiyyə edib.

Fransalı hücumçu La Liqada "Malyorka" klubu ilə oyundan sonra bu addımı atıb.

Tennis ulduzu "Real"ın azarkeşidir və Malyorka adasının tərkibində olan Manakorda doğulub. O, matça xüsusi qonaq kimi dəvət olunub.

Qeyd edək ki, İspaniya çempionatının ilk turunun "Malyorka" - "Real" matçı 1:1 hesabı ilə başa çatıb.
 
///report

OXŞAR XƏBƏRLƏR