Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 2022/2023 mövsümündə "Marsel"lə matçda vurduğu qolu xatırlayıb.
Onun sözlərini "Telefoot" yayıb.
"Gözəl kombinasiya var idi. Bir-iki ötürmə və zərbə.Ötürməni tarixin bəlkə də ən yaxşı oyunçusu - Messi etdi.Biz 3:0 hesabı ilə qalib gəldik, bu, əlbəttə ki, yaxşı xatirədir", - Mbappe deyib.
Qeyd edək ki, Messi və Mbappe 2021-2023-cü illərdə PSJ-də birgə çıxış ediblər. Sonra argentinalı ABŞ-ın "İnter Mayami" klubuna trasnfer olub.