Mbappe “Real Madrid”lə 5 illik müqavilə bağladı

Mbappe “Real Madrid”lə 5 illik müqavilə bağladı
İDMAN
16:15 16.07.2024
230
Kilian Mbappenin "Real Madrid” karyerası rəsmən başlayıb.

Ulduz futbolçu "Santyaqo Bernabeu”da azarkeşlərin önünə çıxıb.

Mbappe təqdimat mərasimindən əvvəl klub prezidenti Florentino Perezlə görüşüb.

O, yeni komandası ilə 5 illik müqaviləyə imza atıb. Perez Madrid təmsilçisinin yeni ulduzuna 9 nömrəli formanı təqdim edib.

"Real” Mbappeyə 50 milyon avro məbləğində imza ödənişi edəcək. Futbolçunun illik maaşının isə 15-20 milyon aralığında olması gözlənilir.

Qeyd edək ki, Kilianın Madriddəki təqdimat mərasimini izləmək üçün təxminən 80 min azarkeş bilet almışdı.

Kilian Mbappe buna qədər Fransanın PSG komandasının futbolçusu olub.
 
///apa
OXŞAR XƏBƏRLƏR