Mbappe Səudiyyə Ərəbistanı klubu ilə danışıqlardan imtina etdi

İDMAN
18:30 27.07.2023
225
PSJ-nin futbolçusu Kilian Mbappe Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubuna keçmək istəmir.

Sözügedən klub 24 yaşlı hücumçunu transfer etmək üçün Paris təmsilçisinə 300 milyon avro təklif edib. Fransızlar təklifə isti yanaşıblar. "Əl-Hilal” nümayəndələri futbolçu ilə görüşmək üçün Parisə gediblər. Lakin forvard danışıqlardan imtina edib və onlarla görüşməyib.

Məlumata görə, Mbappenin ailəsi onun təklifi qəbul etməsini istəyir. Ancaq futbolçu Avropada qalmaq fikrindədir.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Bu yay onun "Real Madrid”ə keçəcəyi ilə bağlı məlumatlar var.
OXŞAR XƏBƏRLƏR