“McDonald's Azərbaycan” gənc yazarlar üçün master-klass keçirib - FOTO

“McDonald
SOSİAL
11:02 13.06.2022
347
"McDonald's Azərbaycan” şirkətinin iyunun 1-də start verilmiş "Gənc yazarlar” layihəsi çərçivəsində təşkil etdiyi tədbirdə xüsusi qayğıya ehtiyacı olan 30-dan çox uşaq iştirak etmişdir.

Tbilisi prospekti ilə Ş.Mehtiyev küçələrinin kəsişməsində, "Grand Hayat” yaşayış kompleksində yerləşən "McDonald’s” restoranında keçirilmiş tədbirin iştirakçıları üçün "Nağıl yazılması” mövzusunda ustad dərsi təşkil edilmişdir.

Tədbirdə tanınmış ictimai xadim Bəhram Bağırzadə də iştirak edib. O, bir çox uşaq kitablarının müəllifi kimi gənc yazarlara dəyərli məsləhətlər verib, onların çoxsaylı suallarını cavablandırıb. Ustad dərsinin sonunda uşaqlara xatirə hədiyyələri - yaradıcılıqla məşğul olmaq üçün ləvazimatlardan ibarət "Gənc yazar” dəsti təqdim olunmuşdur.

Ustad dərsinin təşkilatçılarının sözlərinə görə, belə görüşlər sayəsində uşaqlarda özlərinə və öz güclərinə inam artır, gizli istedadları üzə çıxır. Uşaqlar təəssüratlardan, emosiyalardan və maraqlı ideyalardan bəhrələnərək sıfırdan hekayələr yazmağı öyrənirlər. Belə ki, ustad dərsi zamanı uşaqlar gələcək nağıllarını yazmaq üçün ilk addımları atmağa çalışıb, onların qəhrəmanlarını seçib, mümkün süjetləri müzakirə ediblər.

"McDonald’s”ın CARE GROUP şirkəti ilə əməkdaşlığı çərçivəsində reallaşdırılan "Gənc yazarlar” layihəsinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etməkdir. Layihə çərçivəsində uşaqlarla "art-terapiya” üsulu ilə psixoloji təlimlər keçiriləcəkdir. Bu terapiya qorxu ilə mübarizə aparmağa kömək edir və uşaqların ümumi psixoloji vəziyyətinə müsbət təsir göstərir.

Qeyd edək ki, korporativ sosial məsuliyyət "McDonald’s” strategiyasının ayrılmaz hissəsidir. 22 ildən artıq müddət ərzində çoxlu sayda müxtəlif layihələr, o cümlədən uşaq evlərinə dəstək, tibbi yardım fondları, idman tədbirləri və digər sosial layihələr həyata keçirilib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir