“McDonald's” tarixdə ilk dəfə klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik etdi

İQTİSADİYYAT
11:35 12.05.2023
444

Dünyanın ən böyük "fast food” şəbəkəsi olan "McDonald's” klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik etdiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, dəyişiklik əfsanəvi "Big Mac”, eləcə də "Double Cheeseburger” və "Royal Cheeseburger” də daxil olmaqla, demək olar ki, bütün burgerlərə təsir edib.

"McDonald's” nümayəndələrinin sözlərinə görə, resept və istehsal prosesinə edilən dəyişikliklər əfsanəvi burgerləri daha dadlı və ləziz etmək məqsədi daşıyır.

Beləliklə, yeniliklər artıq "McDonald's” restoranlarının mətbəxində özünü göstərməyə başlayır. Burada ət yeni, təkmilləşdirilmiş texnologiya ilə hazırlanır ki, nəticədə qonaqlara daha isti və ləziz burgerlər təqdim olunur.

Artıq pendir dilimləri də yeni üsulla isidilir və bu, onların daha tez əriməsinə səbəb olur.

Yeni bulkalar da klassik burgerlərə xüsusi dad verir. Artıq "McDonald's”da daha çox karamelizə olunmuş bulkalardan istifadə edilir, bulkaların daha intensiv qızarmasını təmin edən hazırlanma üsulu tətbiq edilir.

Eyni zamanda, dadını daha da zənginləşdirmək üçün indi "Big Mac”a daha çox sous əlavə edilir.

Qeyd edək ki, yenilənmiş burgerləri artıq "MakAvto” və "McDelivery” də daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən "McDonald’s” restoranlarında əldə etmək olar.

Şirkət nümayəndələri əmindirlər ki, "McDonald's”ın beynəlxalq strategiyasına uyğun olaraq həyata keçirilən bu dəyişikliklər klassik burgerləri ziyarətçilər üçün daha da cəlbedici edəcək.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu