'MDB-də Azərbaycan yeganə dövlətdir ki, öz milli valyutasını qoruyub saxlayıb' – Vahid Əhmədov

İQTİSADİYYAT
16:18 19.02.2015
1648

Son günlər gündəmin aparıcı mövzularından biri Azərbayanın milli valyutası - manatın məzənnəsinin bazarda səviyyəsi ilə bağlıdır. 

Millət vəkili Vahid Əhmədov AZXEBER.COM-a bildirib ki, MDB məkanında Azərbaycan yeganə dövlətdir ki, öz milli valyutasını qoruyub saxlayıb: “Rusiyada 90%, Ukraynada 80%, Qazaxıstanda 70%, digər ölkələrdə də faktiki olaraq milli valyuta bu gün dəyərdən düşüb. Bunlar dünyada gedən iqtisadi proseslər, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, Ukraynada gedən müharibə ilə əlaqədardır. Amma Azərbaycanda əhalinin iqtisadi vəziyyəti nəzərə alınaraq dövlət başçısı göstəriş verdi ki, manat qorunub saxlanılsın. Ona görə, 1,5-2 milyard vəsait ayrılaraq maliyyə bazarına buraxıldı ki, manat qorunub saxlanılsın, dəyərdən düşməsin.

Hesab edirəm ki, 2015-ci ildə manatın məzənnəsində devalvasiya imkan şəklində aparılmalıdır. Yəni, elə aparılmalıdır ki, insanlar bunu hiss etməsinlər. Hardasa, ildə 10-12-8 % səviyyəsində aparılmaldır.

Manatın devalvasiyaya uğraması həm də xaricdən gələn malların Azərbaycanda qiymət artımına səbəb ola bilər. Süni qiymət artımlarının olmaması, ciddi problemlər yaşanmaması üçün tədbirlər görülməlidir. Vətəndaşların əllərində olan şəxsi vəsaitlərinin son günlərdə dollara dəyişməsini mənfi hal kimi qiymətləndirilməsi doğru deyil, çünki bu insanların şəxsi işidir.

Dövlət başçısı regionların iqtisadi inkişafı ilə bağlı keçirilən iclasda dedi ki, manat avro səviyyəsində olmalıdır. İtki olsa da, burada ciddi itkilər yoxdur. Ona görə də, milli valyutanın – manatın məzənnəsinin düşməsi ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur”.

Orxan

OXŞAR XƏBƏRLƏR