MDB dövlət başçıları Azərbaycan Prezidentini təbrik ediblər

MDB dövlət başçıları Azərbaycan Prezidentini təbrik ediblər
SİYASƏT
15:38 25.10.2013
1285

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin dövlət başçıları adından Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə RİA Novosti-yə istinadən məlumat verilir.

A.Lukaşenko bu gün MDB Dövlət Başçıları Şurasının kiçik tərkibdə iclasını açıq elan edərək deyib: "Sizə xalqınızın və ölkənizin çiçəklənməsi naminə əmək sərf etməyinizi arzulayırıq".

Belarus Prezidenti, həmçinin MDB dövlət başçıları adından Tacikistan Prezidenti Emomali Rahmona noyabrda keçiriləcək prezident seçkilərində uğurlar arzulayıb.(Trend)

OXŞAR XƏBƏRLƏR