Bu barədə məlumat verən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyindəki 29 məsələdən biri - MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi olub.
MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri yüksək qiymətləndirilib. Qeyd olunub ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilib.
O.Əsədov Azərbaycanda prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara öz təşəkkürünü bildirib. Tədbirlərdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.(APA)