Məbəddə yanğın: ölənlərin sayı yüzü keçdi, 300 yaralı

Məbəddə yanğın: ölənlərin sayı yüzü keçdi, 300 yaralı
DÜNYA
12:16 10.04.2016
2812
Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.
Trend-in "Hindu" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 102 nəfər ölüb, 300-dən çox adam yaralanıb.
Qeyd olunur ki, yaralıların çoxusu xəstəxanaya çatdırılarkən yolda ölüblər.
İlkin məlumata görə, Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub. Yanğın yerli vaxtla 03:30-da başlayıb.
OXŞAR XƏBƏRLƏR