Məcburi köçkün qadın özünü 7-ci mərtəbədən atdı

Məcburi köçkün qadın özünü 7-ci mərtəbədən atdı
SOSİAL
20:45 05.02.2017
1042

Bərdədə 66 yaşlı qadın özünü binadan ataraq intihar edib.

Hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.

Məlumata görə, S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğu araşdırma başlayıb.


///APA
OXŞAR XƏBƏRLƏR