""Məcnun" deyə-deyə qalmışam, dəvət etmirlər"

""Məcnun" deyə-deyə qalmışam, dəvət etmirlər"
MAQAZİN
18:24 09.01.2026
141
Müğənni Eldəniz Məmmədov "Məcnun" obrazını canlandırmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq dəvət almamasından narazılıq edib.

AZXEBER.COM xəbər verirki, sənətçi bildirib ki, uzun illərdir bu rolu ifa etmək istədiyini açıq şəkildə dilə gətirsə də, müraciətləri cavabsız qalıb. Onun sözlərinə görə, yalnız çətin vokal əsərlərin ifası tələb olunduqda xatırlanır:

"Dəfələrlə müraciət etmişəm ki, 'Məcnun' obrazını oynamaq istəyirəm. Çətin əsərlər olanda deyirlər, buyurun gəlin, ifa edin. Halalları olsun, gedib oxumuşam. Amma söhbət roldan gedəndə hər dəfə başqa səbəb göstərilir".

Eldəniz Məmmədov qeyd edib ki, peşəkar musiqi təhsili var və bu sahədə çalışmaq istəyir:

"1996-cı ildə Musiqi Akademiyasını İslam Rzayevin sinfində bitirmişəm. Diplomumu evdə saxlamaq üçün almamışam. Təhsilim üzrə işləmək istəyirəm".

Müğənni Opera və Balet Teatrına da müraciətlər etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlər zamanı bəzən yer olmadığı, bəzən isə başqa səbəblər göstərilib:

"Getmişəm, gah deyiblər yer yoxdur, gah da başqa bəhanələr gətiriblər. Axırıncı dəfə 'çağıracağıq' dedilər, amma yenə xəbər çıxmadı. 'Məcnun' deyə-deyə qalmışam".
 
 
Milli.Az

OXŞAR XƏBƏRLƏR