Məcnun Məmmədov: "Əsas hədəfimiz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir"

Məcnun Məmmədov: "Əsas hədəfimiz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir"
İQTİSADİYYAT
10:10 25.04.2023
327
Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. Əsas hədəfimiz malik olduğumuz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə Bakıda keçirilən tədbir zamanı deyib.

Nazir qeyd edib ki, ilk növbədə kənd təsərrüfatının inkişafına diqqət yetirilir.

"Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir.
Ətraflı

Heyvanların yetişdirilməsi, o cümlədən sağlamlığın qorunması gündəmimizdə prioritet olaraq qalır. Dövlət damazlıq məqsədləri üçün xaricdən gətirilən heyvanların ümumi həcminin 60 faizini subsidiya edir. Bundan əlavə, Süni Mayalanma Mərkəzimizdə bu yaxınlarda başlayan embrion transferi layihəsi heyvandarlığın artırılması məqsədinə çatmaq məqsədi daşıyırdı", - deyə nazir əlavə edib.

Heyvanların peyvəndlənməsindən bəhs edən nazir illik hazırlanan tədbirlər planına uyğun olaraq ölkədə zoonoz xəstəliklərin qarşısının alınması və onların sağlamlığının qorunması məqsədilə heyvanların peyvənd olunduğunu qeyd edib.

"Təbii ki, düzgün qurulmuş baytarlıq xidmətləri olmadan heyvanların rifahına nail olmaq mümkün deyil. Bu baxımdan, hökumətin son islahatına əsasən, Azərbaycanda baytarlıq xidmətləri özəlləşdirilib və bu proses özəl müqavilələr əsasında təşkil olunub. Bundan əlavə, dövlət dəstəyi sərmayələrimizin əsas hissəsi fermerləri müasir və innovativ əkinçilik texnologiyalarından istifadə etməyə həvəsləndirməyə yönəldilir",- deyə M.Məmmədov bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq