Məcnun Məmmədov rusiyalı həmkarı ilə müzakirələr apardı - FOTOLAR

Məcnun Məmmədov rusiyalı həmkarı ilə müzakirələr apardı - FOTOLAR
SOSİAL
09:39 25.04.2025
361
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn formatda görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.

Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut qeyd edib ki, kənd təsərrüfatı iki ölkə arasında əsas əməkdaşlıq istiqamətlərindən biridir. O, Rusiya tərəfinin Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, biznes subyektləri və iş adamları arasında işgüzar əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Oksana Lut, eyni zamanda, Rusiyanın Azərbaycanın taxıl məhsullarına olan tələbatını tam qarşılamağa hazır olduğunu qeyd edib. O, may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfər edəcəyini bildirib. Rusiyalı nazir balıqçılıq da daxil olmaqla, kənd təsərrüfatının digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, bu istiqamətdə böyük potensial mövcuddur. O, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında aktiv iştirakına görə xanım Oksana Luta təşəkkür edib, Rusiya şirkətlərini gələn ay Bakıda keçiriləcək və Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan "Caspian Agro” sərgisində fəal iştiraka çağırıb.

Görüş zamanı tərəflər kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Rusiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisəsələrindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramlarının həyata keçirilməsi,  bitki seleksiyası və toxumçuluqda yeni texnologiya və metodların tətbiqi, heyvan xəstəliklərinə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib, bu istiqamətdə əlaqələrin genişləndirilməsi məqsədilə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıblar.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
Azərbaycan XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
Azərbaycan XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq