Mədəkiçiltmə əməliyyatı olunan 31 yaşlı qadın öldü

SOSİAL
10:19 30.09.2024
234

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.

AZXEBER.COM -un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə Gəncədə fəaliyyət göstərən "VMR Estetik” klinikasında baş verib.

OXŞAR XƏBƏRLƏR