Mədən faciəsində torpaq altında qalan işçinin anası: “Oğlum acından öləcək”

Mədən faciəsində torpaq altında qalan işçinin anası: “Oğlum acından öləcək”
DÜNYA
13:43 21.02.2024
185
Ərzincanın İliç rayonunda torpaq sürüşməsindən sonra yerin altında qalan 9 mədən işçisindən biri olan Uğur Yıldızın anası Sevda Yıldız danışıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ana tapılmayan oğluna görə fəryad edib: 

"Mən anayam və bunu hiss edirəm. Uşağım sağdır. Amma bu gedişlə və belə ləng axtarışla oğlum acından öləcək. Bu məsələni tez həll etsinlər, uşağımı mənə versinlər. Mən onu götürüb evə aparacağam. İlk 2 gündə dedilər ki, yağış yağır, yer sürüşür. 2 günlük iş getdi və bir qarış belə irəliləyiş olmadı. Bizə deyirlər ki, bu, uzun prosesdir və aylar çəkəcək. Buna dözməyə nə gücüm, nə də səbrim var. Övladımı görməsəm buranı tərk etməyəcəyəm”. 

Oksana
OXŞAR XƏBƏRLƏR