Mədəndə partlayış insanların həyatına son qoydu

Mədəndə partlayış insanların həyatına son qoydu
DÜNYA
22:10 05.02.2022
252
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki kömür mədənində şənbə günü baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, daha beş nəfər yaralanıb.

AZXEBER.COM "Report”a istinadla xəbər verir ki, hadisəyə səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.

Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR