“Mədəniyyət” kanalındakı teledərslərin üstünlüyü açıqlandı

“Mədəniyyət” kanalındakı teledərslərin üstünlüyü açıqlandı
SOSİAL
18:41 12.03.2020
2425

"Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” kanalında yayımlanan "Dərs vaxtı” verilişinin şagirdlər üçün böyük əhəmiyyəti var. Bunu bizə edilən telefon zəngləri, kanala ünvanlanan təşəkkürlərdən də başa düşmək olar. Təbii ki, bu bizim vəzifə borcumuzdur. Sevinirik ki, "Mədəniyyət” kanalı bu işdə faydalı olur”.

Bu fikirləri "Report”a açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində "Mədəniyyət” kanalının direktoru Ramil Qasımov deyib.

Kanal direktoru bildirib ki, teledərslər vasitəsilə şagirdlər mütəmadi olaraq müxtəlif siniflər üzrə tədris fənlərini öyrənə bilirlər: "Fənnlər üzrə dərslər Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada efirdə yayımlanır. Yayımlanan dərslər isə gün ərzində təkrar efirə gedir. Eyni zamanda şagird hər hansı fənn üzrə izləyə bilmədiyi verilişə baxmaq imkanını həm kanalın, həm də Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər”.

R.Qasımov qeyd edib ki, teledərslərə lazımi təlabat olsa, efir saatları artırıla bilər: "Müəllimlərin seçimi də nazirliyin səlahiyyətindədir. Nazirlik bizə hansı video-çarxları təqdim edirsə, onu da yayımlayırıq. Gələn həftədən etibarən rus bölməsinin şagirdləri üçün də teledərslərin olması planlaşdırılır. Bu istiqamətdə Təhsil Nazirliyi müvafiq işlər görür”.

Xatırladaq ki, teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək və bütün sinifləri əhatə edir. Verilişdə dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Qeyd edək ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək