"Polad Bülbüloğlunun xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi..." - Keçmiş nazirdən maraqlı XATİRƏ

"Polad Bülbüloğlunun xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi..." - Keçmiş nazirdən maraqlı XATİRƏ
SİYASƏT
15:27 05.05.2023
430
Azərbaycanın sabiq xarici işlər naziri, hazırda Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan Vilayət Quliyev Ümumimilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

AZXEBER.COM xəbər verir ki, diplomat "Facebook” hesabında paylaşım edib.

V.Quliyevin sözlərinə görə, Heydər Əliyevin məmurları tənqid etməsi bəzən televiziya ekranlarında yayımlanıb, bəziləri isə pərdə arxasında cərəyan edib:

"Belə epizodlardan biri haqda yazmaq istəyirəm. Özümdən başlayım ki, heç kim inciməsin. Keçmiş mədəniyyət naziri, diplomat həmkarım Polad Bülbüloğlu həm də türk ölkələrinin beynəlxalq mədəniyyət qurumunun - Türksoyun rəhbəri idi. Ara-sıra təşkilatın xətti ilə müxtəlif xarici səfərlərə çıxmaq zərurəti yaranırdı. Polad müəllim Türksoydakı fəaliyyətin də xarici siyasətimizin tərkib hissəsi olduğunu əsas gətirib bir neçə dəfə nəzərdə tutulan səfərlə bağlı Prezidenti məlumatlandırmağı məndən xahiş etmişdi. İki, ya üç dəfə digər məsələlərlə yanaşı bu barədə də məruzə eləmişdim və hər dəfə də Heydər Əliyev "Yaxşı, getsin!” demişdi. Amma sonuncu dəfə eyni xahişlə müraciət edəndə səs tonunun dəyişdiyi də diqqətimdən yayınmamışdı. Başa düşmüşdüm ki, əslində özümə aid olmayan məsələlərə qarışır, Prezidentin iş üslubu və idarəçilik mexanizmi ilə uyğun gəlməyən hərəkət edirəm. Söz vermişdim ki, bu hal bir də təkrarlanmayacaq.

Amma bir dəfə yenə Polad müəllim zəng vurdu. Türksoyla YUNESKO arasında əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı vacib görüşlər nəzərdə tutulduğunu bildirib mütləq Parisə getməli olduğunu dedi (əslində birlikdə getməli idik). Bu barədə Prezidentə məlumat çatdırmağımı xahiş etdi. Məsələnin çox təcili, gündəliyin ölkəmizin mövqeyi baxımından həssaslığını xatırlatdı. Gündəlikdən xəbərdar olduğumdan sözündən çıxa bilmədim.

Həmin gün Prezidentə telefon açanda başqa məsələlərlə birlikdə Polad Bülbüloğlunun Paris səfəri ilə bağlı xahişini də çatdırdım. Heydər Əliyev dərhal cavab vermədi. Düşündüm ki, yəqin hansı qərarı qəbul etmək haqda fikirləşir.

Az qala məsələnin vacibliyi haqqında danışmaq istəyirdim ki, birdən selektorda İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin səsini eşitdim:

– Bəli, cənab Prezident!

– Mehdiyev, yerindəsən?

– Bəli, cənab Prezident.

– Necə yerindəsən ki, nazirlər sənin səlahiyyətində olan məsələləri həll etmək üçün Vilayət Quliyevin qəbuluna gedirlər? O da işini-gücünü atıb bu məsələlərlə məşğul olur. Nəticədə xarici siyasətimiz qalır böyrü üstə...

Bu sözləri deyəndən sonra Prezident özü də gülməyə başladı. Məsələ aydın idi. Belə dolayısı, ən başlıcası isə yaradıcı yolla mənə xəbərdarlıq edilirdi ki, öz işimlə məşğul olum. Başqa qurumların səlahiyyətinə aid məsələlərə müdaxilə edib özümü "yaxşı kişi”, yaxud "krutoy oğlan” kimi göstərməyə çalışmayım.

Mədəniyyət nazirinin xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi, əsəbiləşə bilərdi. (bir dəfə səlahiyyətinə aid olmayan işə yersiz müdaxilə etdiyinə görə yüksək vəzifəli məmurlardan birinə "Sənin bu hərəkətinin adı bilirsən nədir? Buna hamam suyu ilə dost tutmaq, ya da özünü yuyulmamış çömçə kimi ortaya atmaq deyərlər”, - sözləri ilə kəskin irad bildirmişdi). Amma yəqin ki, yanlış hərəkətimin idarəçilik təcrübəmin azlığından, aparat oyunlarının sirlərinə nabələdlikdən irəli gəldiyini bilib mənə incə, həm də daha yaddaqalan və ibrətamiz şəkildə dərs vermişdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi