Mədəniyyət Nazirliyi Ramiz Məlikin vəfatı ilə bağlı başsağlığı verdi

MƏDƏNİYYƏT
10:12 14.12.2023
678
-9
AZXEBER.COM-un məlumatına görə, mətndə deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik dekabrın 14-də vəfat edib.

Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib.

Marsel («Hamlet», V. Şekspir), Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı», İ.Əfəndiyev), Valter («Yad adam», L.Frank), Arif («İblis», H.Cavid ), Jan («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Toğrul («Atabəylər», N.Həsənzadə), Antoni («Kölgələrin oyunu», Y.Edlis), Katib («Gecə döyülən qapılar», N.Xəzri), Dulu Xaqan («Özümüzü kəsən qılınc», B.Vahabzadə), Vilyams («Kəllə», N.Hikmət), Qaçaq Süleyman («Ölüləri qəbiristanlıqda basdırın», İ.Şıxlı), Mayor Metkaf ("Tələ” A.Kristi) Aqşin («Od gəlini», C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb. R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. Aktyorun rol aldığı «Mehman», «Bir cənub şəhərində», «O qızı tapın», «Sevinc buxtası», «Babək», «Qəm pəncərəsi», «Qara gölün cəngavərləri» və s. bədii, «Şərqin səhəri», «Günahsız Abdulla», «Kimin sualı var?» və s. televiziya filmləri onun kino sahəsində də sənətkar məharətini ortaya çıxarıb.

Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına, 2019-cu ildə «Şöhrət» ordeninə, 2023-cü ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb