Mədəniyyət və Turizm Nazirliyindən ”O səs Türkiyə” açıqlaması

Mədəniyyət və Turizm Nazirliyindən ”O səs Türkiyə” açıqlaması
MƏDƏNİYYƏT
16:29 04.11.2016
2215
TV-8-də yayımlanan "O səs Türkiyə” müsabiqəsi qardaş ölkədə olduğu qədər Azərbaycanda da populyardır.
 
Son 3 ildir ki, azərbaycanlı ifaçılar müsabiqəyə axın edir. Onlardan bir çoxu göstərdiyi performans ilə münsifləri heyran etməyi bacarıb. Hətta, müsabiqənin qalibi olan həmyerlimiz də var. Belə ki, "Eurovision”-da ölkəmizi ilk dəfə təmsil edən Elnur Hüseynov səsi ilə hər kəsi təəccübləndirərək müsabiqənin qalibi olmuşdu. Yeni mövsümdə də Azərbaycandan müsabiqəyə qatılan iştirakçıların sayı az deyil. İlham Nəzərov, Zülfü Əsədzadə, Gülşən İbadova öz çıxışları ilə həm münsifləri, həm də tamaşaçıların diqqətini cəlb edib. Onlar Azərbaycanda fəaliyyət göstərib, bir çox müsabiqələrdə nailiyyətlər əldə etsə, öz ölkələrində ulduza çevrilə bilməsələr də, "O səs Türkiyə” müsabiqəsində bir çıxış etməklə ölkənin tanınmış simalarına çevriliblər.
 
Bəs, Mədəniyyət və Turizm Nazirliyi bu istedadlı gənclər haqda nə düşünür?
 
Onlara gələcək fəaliyyətlərində yardım edəcəklər? Musavat.com mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov ilə əlaqə saxlayıb. O, bildirib ki, müsabiqə iştirakçıları nazirliyin diqqətindədir: "Hər kəsə məlumdur ki, Azərbaycan xalqı olduqca istedadlı xalqdır. Bütün dövrlərdə Azərbaycan incəsənəti və mədəni irs nümunələri ölkə xaricində sənət adamları tərəfindən tərənnüm olunub. Azərbaycan gəncləri tək "O səs Türkiyə” yarışmasında deyil, bu qəbildən olan yarışmalarda öz istedadlarını nümayiş etdirirlər. "O səs Türkiyə" özəl müsabiqədir, dövlət tərəfindən həyata keçirilmir. Amma həm Mədəniyyət və Turizm Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdə ölkənin istedadlı gəncləri üzə çıxarılır, onlar ölkə xaricində keçirilən müsabiqələrə göndərilir, sözügedən gənclər ölkəni yüksək səviyyədə təbliğ edirlər. "O səs Türkiyə" müsabiqəsində iştirak edən azərbaycanlılar xalqımız kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən izlənilir. Gələcəkdə belə layihələrdə iştirak edən gənclərin dövlət müəssisələri ilə əməkdaşlığı arzu olunarsa, nazirlik tərəfindən bu məsələyə baxıla bilər. Əlavə olaraq onu da qeyd edim ki, ötən illərə ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox gəncin xaricdə təhsil alması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"