“Media açarı”nın qalibləri kim oldu? - SİYAHI

“Media açarı”nın qalibləri kim oldu? - SİYAHI
MEDİA
17:25 10.01.2012
2082

Xəbər verdiyimiz kimi, bu gün “Media açarı-2011” mükafatının təqdimat mərasimi keçirilib. 

Avropa otelində baş tutan təqdimat mərasimində “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi mükafatın 4 nominasiya – “İlin reportyoru”, “İlin şərhçisi”, “İlin ən yaxşı jurnalist araşdırması”, “İlin media adamı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. 

AZXEBER.COM portalının təqdimat mərasimində olan müxbirinin verdiyi məlumata görə, nominasiyaların qalibləri aşağıdakılardır:

İlin ən yaxşı jurnalist araşdırması – Vüsalə Əlibəyli (Azadlıq radiosu)

İlin şərhçisi – Hüseynbala Səlimov (Azadlıq radiosu)

İlin media adamı – Rafiq Əliyev 

Təşkilat komitəsi “İlin reportyoru” mükafatının qalibini açıqlamayıb. Qeyd olunub ki, müraciət çox olub və təşkilatçılar qalibi seçə bilməyiblər. Ozal İbrahimliSevil Rəsulzadə 
OXŞAR XƏBƏRLƏR