'Media Akademiya 4' layihəsinin açılış mərasimi keçirildi - FOTOLAR

MEDIA
16:38 12.04.2013
1900

“İrəli” İctimai Birliyi “Media Akademiya 4” layihəsinin başlanmasını elan edib.

AZXEBER.COM-un məlumatına görə, “Media Akademiya 4” layihəsinin açılış mərasimi və eyni zamanda “Media Akademiya 3” layihəsinin məzun gecəsi keçirilib.Media Akademiyası layihənin əsas məqsədi Azərbaycanda media sahəsində peşəkar gənclərin hazırlanması, medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirmək, professional gənc jurnalistlər yetişdirməkdir.Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, millət vəkili Ceyhun Osmanlı, media kapitanlar, jurnalistlər, özəl qurumların təmsilçiləri, “Media Akademiya” layihəsinin müəllim heyəti və iştirakçıları iştirak edib.Rauf Mərdiyev qeyd edib ki, artıq “İrəli” Media Akademiya layihəsi ölkədə brendə çevrilmiş və arxasında real uğur hekayəsi olan bir layihədir:“Bundan sonra da onun davamlılığını saxlayaraq cəmiyyət üçün gənc jurnalist yetişdirməyə davam edəcəyik”.Daha sonra “İrəli” İctimai Birliyi adından “Media Akademiya 3” layihəsinin təlimçi və ekspertləri olan Vüsal Quliyev, Vəfalı Ənsərov, Tural Yusifov, Vüqar Babayev, Cəlalə Nəzəroğlu, Kövsər Orucovaya və eyni zamanda layihə iştirakçısı olmuş gənclərə diplomlar təqdim olunub. Diplomları təqdim edən millət vəkili Ceyhun Osmanlı layihəni uğurla başa vuran gənclərə uğurlar arzulayıb.O bildirib ki, hazırda tədbiri işıqlandıran mətbuat işçiləri arasında Media Akademiyası layihəsinin məzunlarının olması çox gözəldir.Tədbir zamanı “Media Akademiya 3” layihəsinin iştirakçıları tərəfindən hazırlanmış video nümayiş olunub. Tədbirin sonunda gənc istedadlı müğənnilər öz ifaları ilə məzunları təbrik ediblər.Qeyd edək ki, “Media Akademiya 4” layihəsi çərçivəsində 25 nəfər gənc önümüzdəki 3 ay ərzində jurnalistikanın sirrlərinə yiyələnəcəklər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu