MEDİA-da Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş keçirildi - FOTO

MEDİA-da Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş keçirildi - FOTO
MEDIA
20:34 01.04.2022
1300

Medianın İnkişafı Agentliyində (MEDİA) Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın rəhbərliyi - baş direktorun birinci müavini Sobir Şukurov, baş redaktor Qayrat Xonnazarov, eləcə də Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi Kommunikasiyalar katibliyinin sektor müdiri Şahobiddin Musayevlə görüş keçirilib.

Görüş zamanı MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş "Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə vahid media reyestrinin yaradılması layihəsi barədə məlumatlandırıb. Ə.İsmayılov nümayəndə heyətinə bu reyestrin işə salınmasından sonra Azərbaycan KİV nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.

Agentlik rəhbəri, həmçinin özbəkistanlı həmkarlarını Azərbaycan mediasında kadr potensialının inkişafı ilə bağlı müxtəlif layihələr, ADA Universiteti və Bakı Dövlət Universiteti ilə birgə təşkil olunan ixtisas artırılması proqramları, məşğələlər, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.

Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın baş direktorunun birinci müavini Sobir Şukurov iki ölkə mediası arasında münasibətlərin inkişafına töhfəsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

"Biz təkcə müstəqil informasiya agentlikləri ilə deyil, həm də dövlət strukturları ilə təcrübə mübadiləsi aparmaq istərdik. Bizim əməkdaşlığımız həm də siyasi və normativ aktlar səviyyəsində genişlənməlidir”, - S.Şukurov deyib.

Onun sözlərinə görə, hər iki ölkənin media sahəsində qanunvericilikləri çox oxşardır, ona görə də Azərbaycan və Özbəkistan mediası arasında ikitərəfli əməkdaşlığın inkişafı hər iki tərəfin xeyrinə olacaq.

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu