MEDİA-dan Şuşa Qlobal Media Forumunun iştirakçılarına qarşı aparılan təhdid kampaniyası ilə bağlı BƏYANAT

MEDİA-dan Şuşa Qlobal Media Forumunun iştirakçılarına qarşı aparılan təhdid kampaniyası ilə bağlı BƏYANAT
MEDIA
11:55 03.08.2023
164
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Şuşada keçirilmiş "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:

"İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkəsindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksək səviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu gələcəyə yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəydə mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır”.

Həmçinin bildirilir ki, Forumun keçirilməsində məqsəd az qala işıq sürəti ilə yeniləşən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə medianın rolu barədə ətraflı müzakirələr aparılıb, ənənəvi medianın bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələr diqqət mərkəzində olub.

"Lakin təəssüflər olsun ki, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”, - deyə bəyanatda qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ