“Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb - Əli Hüseynli

“Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb - Əli Hüseynli
MEDIA
12:37 10.12.2021
309
"Media haqqında" yeni qanun layihəsi çox mükəmməl hazırlanıb.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında "Media haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Hüseynli bildirib ki, bundan sonrakı dövrdə parlament media ilə təmasda olacaq.

"Bu qanun layihəsi üç oxunuşda Milli Məclisdə qəbul ediləcək. Qanun layihəsinin qəbulu dövründə biz media ilə əməkdaşlığımızı elə edəcəyik ki, qanunvericilik baxımından mükəmməl bir qanun layihəsi qəbul olunsun", - deyə Ə.Hüseynli bildirib.
OXŞAR XƏBƏRLƏR