Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR

Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
MEDIA
14:01 15.07.2026
143
Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, "Avrora Group"un baş sponsorluğu ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş "Media Kuboku - 2026" turnirinin təqdimatı və püşkatma mərasimi keçirilib. 

AZXEBER.COM xəbər verir ki, tədbirdə yarış barədə məlumat verən İAM-ın sədri Elşən Məmmədov bildirib ki, ənənəvi turnirdə 4 komanda - "Əkinçi", "Ziya", "Həyat" və "Tərəqqi" adlı kollektivlər mübarizə aparacaqlar. O, "Avrora Group"un baş sponsorluğu ilə media nümayəndələri arasında ardıcıl 5-ci il gerçəkləşəcək yarışın ilk 3 ilində voleybol mübarizəsinin getdiyini xatırladıb. E.Məmmədov ötən il Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş minifutbol turnirinin bu dəfə Qusar Olimpiya İdman Kompleksində gerçəkləşəcəyini diqqətə çatdırıb. 

Yurd.Media-nın baş redaktoru Murad Əliyev media nümayəndələri arasında təşkil olunan belə yarışların əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, turnirdə həm Bakıdan yollanan jurnalistlər, həm bölgə müxbirləri və operatorları iştirak edəcək ki, bu da media həmrəyliyinin artmasına öz tövfəsini verəcək.  

Jurnalistlər adından danışan "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev "Media Kuboku-2026" turnirinin təşkilatçılarına təşəkkürünü bildirərək, gələcəkdə yarışın daha geniş formatda keçirilməsi arzusunu dilə gətirib. 

Eyni fikirləri Azərbaycan Minifutbol Federasiyasının kütləvi yarışlar departamentinin rəhbəri Vüsal Cəmilli və minifutbol üzrə Avropa çempionu Ruzigar İbrahimzadə də səsləndirib. Onlar bildiriblər ki, media nümayəndələri arasında turnirlərin bölgələrdə təşkili yarışa əlavə maraq yaradır və rəng qatır. 

"Avrora Group"un nümayəndəsi Vasif Musayev isə ardıcıl 5-ci il "Media Kuboku"na baş sponsorluq etməkdən məmnunluqlarını bildirərək, hər dəfə medianın müxtəlif sferalalarından olan əməkdaşların bir araya gəldiklərini vurğulayıb. O, jurnalistlər arasında daha geniş formatlı turnirin maraqlı ideya olduğunu da söyləyib. 

Daha sonra püşk atılıb və yarımfinal cütlükləri müəyyənləşib. İdman mətbuatının əməkdaşlarından ibarət "Tərəqqi" komandası televiziya nümayəndələrinin toplaşdığı "Həyat" kollektivi ilə qarşılaşacaq. Agentliklər və qəzetlərdən qurulmuş "Ziya" komandası isə xəbər portallarının cəmləşdiyi "Əkinçi"yə rəqib olub. Yarımfinal oyunları iyulun 18-də keçiriləcək. 

Ertəsi gün isə cütlüklərin məğlubları 3-cü yer uğrunda görüşdə, qalibləri isə finalda üz-üzə gələcək. 

Qeyd edək ki, "Media Kuboku - 2026"nın açılış mərasimi 18 iyul saat 16:00-da Qusar Olimpiya İdman Kompleksində baş tutacaq.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
12:53 15.07.2026
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
12:42 15.07.2026
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
12:15 15.07.2026
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
12:14 15.07.2026
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?