“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist

“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
SİYASƏT
22:10 23.08.2026
1470
"Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yüksək dinamika ilə inkişaf edir. Ölkələrimizin prezidentləri arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və yeni məzmunla zənginləşməsinə imkan yaradır”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arif səsləndirib.

Şöhrət Arif bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri bu gün media sahəsində əməkdaşlıqla daha da möhkəmlənir.

"Azərbaycan və Özbəkistan münasibətləri hazırda yüksək səviyyədə inkişaf edir. Bu inkişaf dinamikası çox müsbətdir. Ölkələrimizin dövlət başçıları arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar münasibətlərimizin bütün sahələrdə, o cümlədən media istiqamətində daha da genişlənməsinə şərait yaradır”, - deyə o qeyd edib.

Özbəkistanlı jurnalist vurğulayıb ki, iki ölkənin media qurumları və jurnalistləri arasında əlaqələrin genişləndirilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin ictimaiyyətə daha dolğun çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Müsahibimiz qeyd edib ki, son illərdə Azərbaycan və Özbəkistan jurnalistləri arasında qarşılıqlı səfərlər, media turları və müxtəlif peşəkar tədbirlər təşkil olunur. Bu təşəbbüslər jurnalistlərin bir-birini daha yaxından tanımasına, ölkələr haqqında obyektiv və dolğun məlumatların hazırlanmasına imkan verir.

"Biz istəyirik ki, Azərbaycan və Özbəkistan jurnalistləri arasında bu cür qarşılıqlı səfərlər və media turları davamlı olsun. Özbəkistan jurnalistlərinin Azərbaycana, Azərbaycan jurnalistlərinin isə Özbəkistana səfərlərinin artması xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edir”, - deyə jurnalist bildirib.

O diqqətə çatdırıb ki, media əməkdaşlığı yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda iki xalqın ortaq tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.

"Xalqlarımızın tarixi və mədəniyyəti bir-birinə çox yaxındır. Media bu yaxınlığın daha geniş şəkildə tanıdılmasında mühüm rol oynayır. Jurnalistlər arasında əlaqələrin güclənməsi, qarşılıqlı səfərlərin və birgə layihələrin artması xalqlarımız arasındakı dostluq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir”, - deyə Şöhrət Arif vurğulayıb. O, Azərbaycan və Özbəkistan media nümayəndələri arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

"Dostluğumuz və əməkdaşlığımız daha da möhkəmlənməlidir. Bunun üçün media nümayəndələrinin qarşılıqlı əlaqələri və birgə fəaliyyəti çox vacibdir”, - deyə Şöhrət Arif əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb