MEDIA rəhbəri jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdi

MEDIA rəhbəri jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdi
MEDIA
11:32 10.05.2022
365
"Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir".

AZXEBER.COM xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Aytən Məmmədova ilə əlaqə saxlanılıb: "Bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür".
OXŞAR XƏBƏRLƏR