“Media savadlılığı cəmiyyətdə önəmli bir prosesdir” - Əfsələddin Ağalarov

“Media savadlılığı cəmiyyətdə önəmli bir prosesdir” - Əfsələddin Ağalarov
MEDIA
13:51 24.12.2024
391
"Media savadlılığı bütün cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də önəmlə izlənilən bir prosesdir".

Bu sözləri Manset.az-a açıqlamasında Azxəbər.com saytının baş direktoru Əfsələddin Ağalarov media savadlılığı haqqında danışarkən bildirib.

O, qeyd edib ki, Vətən müharibəsi dönəmində biz çox insanın informasiya ilə davranış qaydalarına yiyələnmədiyini və bu boşluqların cəmiyyətdə informasiya çeşidliyini yaratdığının şahidi olurduq.

"Vətən müharibəsi dönəmində hər hansısa bir sosial şəbəkədə yayılan informasiya xüsusən dezinformasiya məlumatlar çox qısa zamanda böyük kütlələrin əlinə keçir və bu böyük kütlələr həmin informasiyaları digər geniş kütləyə çatdırırlar. Nəticədə isə dövlətin informasiya siyasətində ciddi problemlər ortaya çıxırdı. Buna görə də əldə edilməli olan nəticələrlə bağlı ciddi boşluqlar yaranırdı. Məhz bu baxımdan son illər ölkəmizdə hər il mütəmadi olaraq "Media savadlılığı" həftəsi keçirilir. Media savadlılığı həftəsində media ekspertləri, jurnalistika sahəsində ciddi uğurlar əldə etmiş şəxslər, informasiya ilə davranış qaydaları, eyni zamanda media və vətəndaş münasibətlərini tənzimləyən önəmli məsələlərlə bağlı məlumatlar verirlər, paylaşırlar. Bu çox önəmlidir. Ən azından izləyicilər, oxucular informasiyanın həqiqiliyini necə yoxlamaq lazım olduğunu bilsələr, hansı informasiyanın dövlət sirri, hansı informasiyanın xəbər mahiyyəti daşıdığını bilsələr mən düşünürəm ki, bu növbəti illərdə bizim cəmiyyətdə media çeşidliliyinin qarşısını ciddi şəkildə alacaq”.

Əfsələddin Ağalarov hesab edir ki, media viruslarının yayılması prosesi sosial şəbəkələr dövrünün genişlənməsi ilə daha sürətlə artmağa başladı:

"Hansısa bir dezinformasiyanın veriləndən sonra onun təkzibinin verilməsi prosesinə baxdığımız zaman görürük ki, dezinformasiya xarakterli məlumat verilən təkzib xarakterli məlumatdan daha çox insana çatır, mənimsənilir və digər hədəflərə ötürülür. Burdan aydın olur ki, media virusun yayılma prosesi təkzibin, doğrunun və dürüst xəbərin yayım tezliyindən qat-qat çoxdur. Nəticə etibarı ilə biz bunun fəsadlarını mütəmadi olaraq görürük”.

Əfsələddin Ağalarov bildirir ki, media virusla birbaşa mübarizə mediada işləyənlərin peşəkarlıq səviyyəsinin artırılmasından irəli gəlir. 

"Jurnalistin mütləq intellekti yetərincə olmalı, onun xəbər istehsal qabiliyyətində nəzərdə tutduğumuz bu yalan məlumatlara və dezinformasiya xarakterli məlumatlara yer olmamalıdır. Jurnalistika prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirməlidir. Belə bir mühitin yaranmasında artıq biz informasiya çeşidliyini deyil daha yaxşı, aydın bir mənzərənin şahidi olmuş olacağıq. Bu baxımdan hər bir redaksiya düşünürəm ki, öz əməkdaşlarını, jurnalistlərini media savadlılığının artırlması istiqamətində də  mütəmadi işlər görməlidir. Ümumi olaraq jurnalistlər mütəmadi olaraq bir-birilərinə dəstək olmalıdılar. Jurnalist həmrəliyi olmalıdır. Bu həmrəlik fonunda biz ön plana media sahəsində ciddi işlərə imza atanları görməliyik. O şəxlərin ən azından sözləri, imzaları kəsərlidir və biz bir qrup digər informasiya çeşidliliyi yaradan insanlara qarşı ancaq bu formada mübarizə apara bilərik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib