"Media savadlılığı çirkin kampaniyalara qarşı mübarizədir" - RƏY

"Media savadlılığı çirkin kampaniyalara qarşı mübarizədir" - RƏY
MEDIA
15:34 20.12.2024
326
"İnformasiya texnologiyaları inkişaf etdikcə, dezinformasiyaların miqyası daha da böyüyür və geniş kampaniyaya çevrilə bilir. Bu baxımdan da cəmiyyətin maariflənməsi, bu istiqamətdə məlumatın əldə edilməsi çox önəmlidir”. 

Bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli media savadlılığı həftəsi ilə bağlı fikirlərini Gununsesi.info ilə bölüşərkən bildirib.

Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən "Media Savadlılığı” həftəsi cəmiyyətimiz üçün önəmli bir addımdır:

"Son dövrlər dünyanın bəzi "media qurumları”, həmçinin Qərb mətbuatı tərəfindən Azərbaycana qarşı  dezinformasiya, "fake news” kampaniyaları aparılır.

Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır, bununla da saxta xəbərlərin sayı artır. Ona görə də, media savadlılığı cəmiyyəti saxta və doğru xəbərləri bir-birindən ayırd etməyə kömək edir, həmçinin manipulyasiyadan qoruyur”.

H.Heydərli onu da vurğulayıb ki, Medianın İnkişafı Agentliyi yaranan ilk gündən bu günə qədər jurnalistlərlə, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri ilə bu istiqamətdə çox ciddi işlər aparılıb.

O, əlavə edib ki, "Media savadlılığı” həftəsi çərçivəsində gənclərin də bu pozisiyaya cəlb olunması çox sevindiricidir.

"Bu gün dezinformasiyalar daha çox sosial media üzərində yayımlanır və sosial şəbəkələrin ən çox istifdəçisi məhz gənclərdir. Bu baxımdan, aparılan maarifləndirmə kampaniyaları və bu kimi tədbirlər artıq öz nəticəsini verməkdədir.

Eyni zamanda, "Media savadlılığı həftəsi” çərçivəsində keçirilən görüşlər, xüsusilə benəlxalq təlimçilərin və ixtisaslaşmış mütəxəssislərin dəvət olunması, onların təlimlər keçməsi, gənclərlə görüşləri və apardıqları maarifləndirmə işləri olduqca önəmli bir addımlardır. 

Dezinformasiyalar, "fake news” (saxta xəbərlər) bu gün dünyanın media sahəsində ən böyük problemlərindən birinə çevrildiyi üçün cəmiyyətlərin də bu sahədə maariflənməsi çox önəmlidir.

Media savadlılığı həftəsində Azərbaycan cəmiyyətində saxta xəbərlərə və dezinformasiyalara qarşı immunitet formalaşdırmağa çalışmışıq və əminəm ki, bu immunitet artıq formalaşır. Azərbaycan oxucusu və Azərbaycan cəmiyyəti doğru xəbərlə saxta xəbəri ayırd edə bilir”-deyə H.Hacıbəyli bildirib.

Aparılan maarifləndirmə işlərini yüksək qiymətləndirən və onun davamlı olmasını arzu edən H.Heydərli sonda deyib ki, Azərbaycana qarşı aparılan çirkin kampaniyalara cəmiyyətimiz artıq öz mövqeyini ortaya qoyur və dezinformasiyalarla mübarizə apara bilir.

Xatırladaq ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilib.

Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Media Savadlılığı Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib