“Media savadlılığı informasiya terrorundan qorunmaq üçün vacib elementdir”- Baş redaktor

“Media savadlılığı informasiya terrorundan qorunmaq üçün vacib elementdir”- Baş redaktor
MEDIA
14:55 19.12.2024
405
"Azərbaycanda "Media Savadlılığı” həftəsinin keçirilməsi dünyadakı mövcud informasiya mühiti fonunda olduqca faydalı və zəruridir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, hazırda dünyada müxtəlif ölkələr, ayrı-ayrı güc mərkəzləri bir-birinə qarşı mübarizədə hərbi, siyasi, iqtisadi mexanizmlərlə yanaşı, həm də informasiya hücumlarından istifadə edirlər. O bildirib ki, bir çox hallarda təşkil olunan saxta informasiya hücumlarının miqyası və təsiri o qədər böyük olur ki, bunu hətta informasiya terroru kimi də qiymətləndirmək olar:

"Saxta informasiya hücumlarının informasiya terroruna çevrilə bilməsində əsas məqamlardan biri bəzi hallarda həm jurnalistlərin, həm də də oxucuların hədəf kütləsinin media savadlılığının arzuolunan səviyyədə olmamasıdır. Dünyada informasiya çirkliliyinin yaşandığı bir şəraitdə oxucular və jurnalistlər onlara daxil olan informasiyanı qəbul etməzdən öncə təhlil edib müxtəlif mənbələrdən dəqiqləşdirib daha sonra onun doğruluğu ilə bağlı qərar qəbul etməlidirlər. Bunun üçün isə elementar da olsa media savadlılığına ehtiyac var”.

F. Şahbazlı qeyd edib ki, media savadlılığının aşağı olması, eyni zamanda dünyada son illərdə sürətlə yayılan kibercinayətkarlıq hallarının artmasına da geniş yol açır:

"Müvafiq dövlət qurumlarının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq insanların sosial şəbəkələr və media haqqında məlumatlarının yetərli olmaması onları cinayətkarların, dələduzların qurbanına çevirir. Bundan başqa informasiya texnologiyasının inkişafı ilə ortaya çıxan süni intellekt vasitəsilə hazırda istənilən kiçik bir faktı tamamilə dəyişərək cəmiyyətə tam başqa formada təqdim edib bununla bir sıra böyük problemlərə yol açmaq mümkündür. Ona görə də hesab edirəm ki, həm dövlət qurumları, həm ictimai təşkilatlar öz hədəf kütlələrini mütəmadi olaraq media savadlılığı mövzusunda maarifləndirməlidir. Bu informasiya terrorundan qorunmaq üçün vacib elementdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib