"Media savadlılığı məsələsi təkcə jurnalistləri deyil, vətəndaşlarımızı da düşündürməlidir" - Deputat

"Media savadlılığı məsələsi təkcə jurnalistləri deyil, vətəndaşlarımızı da düşündürməlidir" - Deputat
MEDIA
16:21 20.12.2024
405
"Media savadlılığının artırılması dünyanı düşündürən ən vacib məsələlərdən biridir. Çünki informasiyanın alınması, istehsalı, istehlakı, ötürülməsi hazırda bütün dünyada adi bir məsələyə çevrilib. İnternetin geniş yayılması, sürətli olması və xəbərlərin bolluğu adi hətta insanlarda belə media sahəsində minimum biliklərə sahib olmasını tələb edir. Digər məsələ dünyada hazırda "feyk nyus"ların, dezinformasiyaların sayının durmadan artmasıdır. Hətta süni intellektlə xəbərlər yayılır və insanlar hansı xəbərin doğru, hansı xəbərin yanlış olduğunu, hara yönəldiyini, insanları nəyə yönətdiyini anlamaqda çətinlik çəkirlər. Bu da günümüzdə hər birimizin rastlaşdığımız aktual məsələlərdən biridir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycanda media savadlılığının keçirilməsinin vacibliyindən danışarkən qeyd edib.

Deputat bildirib ki, media savadlılığı məsələsi təkcə jurnalistləri deyil, eyni zamanda vətəndaşlarımızı da düşündürməlidir:
 
"Ona görə də yalnız media işçiləri yox, vətəndaşlar da ilkin olan məsələləri, bilikləri əldə etməlidirlər və dövlətlərə belə təzyiqlərin baş verdiyi bir zamanda yaşayırıq. Böyük şirkətlər, onların nəzarətində olan qəzətlər, media orqanları hətta dövlətlərə təsir göstərirlər, cəmiyyətləri çaşdırmağa çalışırlar. Bunun içində siyasi məsələlər də var, biznes məsələləri də olur. Bunlar hər biri bir növ məlumat bolluğunda adi insandan media sahəsində çalışan peşəkar jurnalistə qədər hər birimizi düşündürən bir problemə çevrilib. Azərbaycanda 2023-ci ildə qəbul olunmuş media haqqında qanunda dövlətin bu sahəyə olan diqqəti və vacib məsələlərin həll olunması üçün görülən işlər orada təsbit olunub. Həmin qanunun 10-cu maddəsində insanların media sahəsində artırılması bağlı da nüanslar yer alıb. Onun üçün Media Agentliyinin xüsusi saytı da mövcuddur və ondan vətəndaşlar, cəmiyyətimiz media savadlılığının artırılması üçün istifadə edə bilərlər".
 
Millət vəkili əlavə edib ki, media savadlılığı barəsində əldə olunan biliklər media işçiləri tərəfindən cəmiyyətə ötürülməlidir:
 
"Fikrimizə yekun vuraraq onu qeyd etməliyik ki, bu mühüm məsələ günümüzün tələbidir. Dünya sürətlə dəyişir, informasiyanın hər birimiz həm alıcısıyıq, həm də ötürücüsüyük. Bu mənada, biz də informasiyanı ötürəndə obyektiv olmağa çalışmalıyıq. Nəyin subyektiv, obyektiv olması, həm də əlimizdə olan məlumatların da düzgünlüyündən və yaxud yanlış olduğundan asılıdır. Ona görə də biz onları ayırmaq üçün mütləq bu biliklərə sahib olmalıyıq. Ölkəmizdə keçirilən böyük bir tədbir də biliklərimizə bariz nümunədir. Orada əsasən media işçilərinin bu sahədə savadlılığının artırılması üçün çox mötəbər məlumatlar, vacib məsələlər, platforma kimi müzakirə olunurdu. Düşünürük ki, orada əldə olunan nəticələr, yeni biliklər həm də media işçiləri tərəfindən cəmiyyətimizə çatdırılmalıdır".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib