“Media və kommunikasiya siyasəti medianın gözü ilə” adlı seminarların ikinci mərhələsi başladı — FOTOLAR

“Media və kommunikasiya siyasəti medianın gözü ilə” adlı seminarların ikinci mərhələsi başladı — FOTOLAR
MEDIA
15:55 25.04.2022
443
Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində "Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlara başlanılıb.

MEDİA Agentliyi və "ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub.

Seminarın ikinci mərhələsinin açılış mərasimində çıxış edən "ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır.

ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova MEDİA Agentliyi ilə keçirilən digər layihələr kimi bu layihənin də uğurla davam etdirildiyini bildirib. O, medianın inkişafının cəmiyyətimizə müsbət təsir etməsindən danışıb.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində ADA Universiteti ilə sıx əməkdaşlıq gözəl təşəbbüsdür. O, belə silsilə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır. Seminarda yerli və xarici mütəxəssislər çıxış edir, interaktiv müzakirə sessiyaları aparılır.
 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu