Mediadan qaçan mətbuat katibləri - AzTV-də sərt tənqid olundu - VİDEO

Mediadan qaçan mətbuat katibləri - AzTV-də sərt tənqid olundu - VİDEO
MEDIA
17:00 25.12.2019
2807
Azərbaycan Televiziyasının efirində yayımlanan "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışında "Mətbuat xidmətlərinin fəaliyyəti və onların jurnalistlərlə olan münasibəti” müzakirə olunub.

Proqramda ekspert qismində Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı, Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu və Lent.az informasiya agentliyinin baş redaktoru Qabil Abbasoğlu çıxış edib.

Ekspert Anar Cəbrayıllı bildirib ki, informasiya əlçatanlığı, operativ informasiya əldə etmək, insanlara düzgün informasiya çatdırmaq üçün məsuliyyət birbaşa olaraq qurumların mətbuat xidmətlərinin rəhbərlərinin üzərinə düşür: "İndiki dövrdə qurumların mətbuat xidmətlərinin fəaliyyətində inkişaf var. 2000-ci illərin əvvəllərində qurumlarda mətbuat katibliyi fəaliyyət göstərmirdi. Sonrakı dövrlərdə bu qurumlar da bir tələb kimi ortaya çıxıb".

Bakupost.az Saytının baş redaktoru Elçin Zahiroğlu bildirib ki, bu gün bəzi qurumların mətbuat xidmətlərinin fəaliyyəti günün tələblərinə cavab vermir.

Onun sözlərinə görə, ən əsası və qorxulusu odur ki, onların əksəriyyətində bir prinsip var, informasiyanı mediaya ötürmək və yaxud da sorğulara vaxtında cavab vermək əvəzinə, necə edək ki, informasiya bizim rəhbərimizin xeyrinə işləsin.

Onun reputasiyasına xidmət etsin, bəzi hallarda isə gizli saxlanılsın. O qurumların ki, iş fəaliyyəti şəffaf deyil, onların mətbuat xidmətləri də şəffaf işləməyəcək.

Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb