XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda həmçinin maarifçilik hərəkatı geniş vüsət almışdı. Milli mətbuatın yaranması da məhz bu hərəkatdan doğan bir təşəbbüs, zərurət idi. 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsənbəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi” qəzeti milli mətbuatımızın ilk qaranquşu, bayraqdarı oldu.
Cəmi iki il fəaliyyət göstərsə də, qəzet maarifçi ideyaların carçısı oldu, cəhalətə və xurafata qarşı kəskin mübarizə apardı, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfələr verdi. Qəzet dövrünün bir çox ziyalıları üçün əsl tribunaya çevrildi. Həsən bəy Zərdabi ilə yanaşı Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani, Mirzə Fətələi Axundzadə kim iziyalılar öz məqalələri ilə xalqı maarifləndirirdilər. Onlar”Əkinçi” qəzetində maarifçi və demokratik ideyalar təbliğ edir, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər.
Açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirən qəzetdə elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiətelmləri ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilirdi. Xalqın mədəni tərəqqisinə çalışan, dini mövhumata, xurafata və cəhalətəqarşı mübarizə aparan mütəfəkkilərin bir araya gəldiyi redaksiyamüasirliyi, milli məfkurəni təbliğ edir, obyektiv xəbərçilik prinsiplərini ortaya qoyurdu. "Əkinçi” Azərbaycandan kənarda da – Gürcüstan, Dağıstan və Orta Asiya respublikalarında da yayılırdı.
"Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylınəşrlər üçün mayak rolunu oynadı.
Azərbaycan ziyalılarının sonradan min bir əziyyətlə ərsəyə gətirdiyi "Ziya”, "Kəşkül”, "Kaspi”, "Şərqi-rus”, "Həyat”, "Füyuzat”, "Təzə həyat”, "Şəlalə”, "Açıq söz”, "Dirilik”, "MollaNəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi” irsini, ideyasını şərəflə davam etdirdilər.
Ötən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və mətbuat azadlığının, plüralizmin və digər demokratik dəyərlərin bərqərar olmasına etibarlı zəmin yaratdı. Heydər Əliyev mətbuat azadlığının təmin edilməsinə, milli jurnalistikanın formalaşmasına xüsusi diqqət yetirib, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının güclənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib. Ulu öndər dövlət – media münasibətlərində sağlam təməllərin əsasını qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətəgəldiyi ilk gündən Ulu Öndər tərəfindən əsası qoyulan mətbuata dəstək siyasətini bu gün də uğurla davam etdirir.
Mətbuat Şurasının və Media Agentliyinin (Əvvəlki adı KİVDF) yaradılması, jurnalistlərin mənzillə təmin edilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması bunun təsdiqidir. Həmçinin media resurslarına vergi azadolmalarının tətbiqi, qəzetvə jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər addımlar mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir.
Dövlətin dəstəyi sayəsində Azərbaycan jurnalistikası millimaraqları qorumaqla yanaşı, söz, fikir azadlığı və plüralizmideyalarını təbliğ edir.
Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında imzaladığı Sərəncam da məhz dövlətin mətbuata göstərdiyi diqqətin bariz nümunəsidir. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isəyubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həlledəcək. Bu sərəncan ölkə Prezidentinin milli jurnalistikamızın tarixinə verdiyi yüksək dəyər, bu gününə isə böyük dəstəyidir.
Sərəncamda 44 günlük Vətən Müharibəsi dövründə mediamız əslvətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyduğu, haqqsəsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səygöstərdiyi qeyd olunur. Birinci Qarabağ müharibəsində həmjurnalist kimi, həm də bir vətəmdaş olaraq iştirak edən media nümayəndələrimizin vətənpərvərlik ənənəsi İkinci Qarabağ müharibəsində də davam etdirildi. Vətən müharibəsində döyüşlərdə iştirak etmiş jurnalistlərimizin də tarixi Zəfərimizə qatqıları oldu. Həmin dövrdə həqiqi hərbi xidmətdə olan jurnalist, ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid oldu. 6 iyun 2021-ci ildə isə Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirən AZƏRTAC-ın müxbiri 1982-ci iltəvəllüdlü Məhərrəm İbrahimov və AZTV-nin operatoru 1989-cu iltəvəllüdlü Sirac Abışovu itirdik. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan mətbuatının qarşısında yeni vəzifələr dayandı. Zəfərimizdə regionda yaratmış olduğumuz reallıqların dünyaictimaiyyətinə çatdırılmasında və qəbul etdirilməsində medianınrolu böyükdür.
Yeni dünya düzənin formalaşdığı bir dövrdə medianın bəşəridəyərləri təbliğ etməklə yanaşı, milli maraqları müdafiəsinə dəxüsusi diqqət yetirmək missiyasını daşıyır. Müasir cəmiyyətquruculuğu prosesinin fəal iştirakçısı olan mətbuatımızınbeynəlxalq əlaqələri genişləndir, qlobal informasiya məkanına təsir imkanları güclənir. Bu gün Azərbaycan mediasının qarşısındada yeni vəzifələr müəyyənləşib. Qabaqcıl texnologiyalardan istifadə bacarığı, sosial media platformalarında fəallığın artırılması, media savadlılığının yüksəldilməsi, dezinformasiya vəsaxta xəbərlərlə mübarizə qarşıdakı dövrdə mediamızın əsasvəzifələri olacaqdır.
Sonda qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı mətbuatımız üçün yol xəritəsidir. Sərəncam jurnalistikamızın tarixiənənələrini davam etdirməklə gələcəyə baxış bucağımızı müəyyənləşdirən ciddi bir sənəddir. Əminliklə bildirmək olar ki, bu il Azərbaycan mətbuatı ilə bağlı yaddaqalan tədbirlər keçiriləcək, mühüm qərarlar qəbul ediləcəkdir.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidentiİlham Əliyevə təqdim edilən "Jurnalistlərin dostu” mükafatı media nümayəndələrinin mütləq əksəriyyətinin mövqeyini ifadə edir.
/Moderator.az