“Medianın cərimələnməsini istəmək heç kəsə fayda gətirməyib” — Əflatun Amaşov iş adamının hərəkətini pislədi

“Medianın cərimələnməsini istəmək heç kəsə fayda gətirməyib” — Əflatun Amaşov iş adamının hərəkətini pislədi
MEDIA
10:46 08.04.2022
311
Mediada və sosial şəbəkədə yayılmış bir xəbər diqqətimi çəkdi. İstərdim ona münasibət bildirim.

Ümumən onu deyim ki, Azərbaycan Mətbuat Şurası olaraq biz həmişə jurnalistlərin və kütləvi informasiya vasitələrinin məhkəməyə çəkilməsinə qarşı olmuşuq. Bununla bağlı tövsiyələr vermiş, çağırışlar etmişik. Təbii ki, mediaya dair problemlər var və həmişə də olub. Ancaq hesab edirəm ki, problemlərin məhkəməyə qədər həlli yolları mümkündür.  Mətbuat Şurasının təcrübəsi də bunun sübutudur.

"Demokrat.az" saytına qarşı şikayət vaxtilə Şurada müzakirə edilib. Saytın baş redaktoru, gənc həmkarım Vasif Həsənli məsələyə həssas yanaşıb. Lakin sonradan məsələ məhkəmə müstəvisinə daşındı ki, bu barədə söz açmaq istəmirəm. Hər halda narazılıqlara Mətbuat Şurasında son qoyulmalıydı. Təəssüf ki, mövcud müzakirələrdən sonra iş adamı Oqtay Abuzərov məhkəməyə üz tutdu. Jurnalistin həbsini tələb etdi ki, bu isə təmin olunmadı. 

Hazırda Oqtay Abuzərov yenə "Demokrat.az" saytını və onun rəhbəri Vasif Həsənlini məhkəməyə verib, yüksək məbləğdə cərimələnməsini tələb edir. Əlbəttə, məhkəməyə müraciət hər kəsin hüququdur. Ancaq yenə o fikirdəyəm ki, müəyyən kompromis variantların tapılması və tərəflər arasında barışığın əldə edilməsi mümkündür. Elə bilirəm ki, Vasif Həsənli buna razıdır. 

Digər yandan, o da nəzərə alınmalıdır ki, media orqanının yüksək məbləğdə cərimələnməsi istəyində olmaq indiyədək heç kəsə fayda gətirməyib. Eyni zamanda media orqanının məhkəmə ilə üzləşməsi faktı da ona divident vermir.  Əminəm ki, ölkəmizin öz dəst-xəttilə seçilmiş internet media orqanlarından sayılan "Demokrat.az"ın rəhbərliyi bunu qəbul edir. Yaxşı olardı ki, qarşı tərəf də məsələyə öz üzərinə düşən həssaslıqla münasibət göstərsin. 

Bir daha tərəfləri barışığa, aralarındakı narazılığı danışıqlar, qarşılıqlı güzəştlər yolu ilə həll etməyə çağırıram.

Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu