Medianın problemləri AzTV-də müzakirə olundu: Təhrif olunmuş informasiya hansı təhdidlər doğurur?

Medianın problemləri AzTV-də müzakirə olundu: Təhrif olunmuş informasiya hansı təhdidlər doğurur?
MEDIA
12:23 30.11.2019
4866
Azərbaycan Televiziyasının "Çıxışa doğru" verilişində Azərbaycan mediasının bugünkü problemləri, sosial medianın əsas informasiya ötürücüsünə çevrilməsi müzakirə olunub. 

Bildirilib ki, bəzi media qurumlarının bilərəkdən və ya bilməyərəkdən təhrif olunmuş məlumatları tirajlaması qeyri-peşəkar yanaşma olmaqla yanaşı, informasiya təhlükəsizliyi baxımından da ciddi təhdid xarakteri daşıyır.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, istər çap mediası, istərsə də internet resursları cəmiyyətdə baş verən prosesləri kifayət qədər əks elətdirir. Bununla belə, yeni informasiya kanalı - sosial şəbəkələr də bu gün mühüm informasiya daşıyıcısıdır: "Hər bir şəxs həm də artıq informasiya istehsalçısı rolunda çıxış edir. Bu gün dünyada informasiya texnologiyalarının gətirdiyi yeniliklər bizə də sirayət edir. Və bu gün sosial şəbəkələr ənənəvi informasiya mənbələrini geridə qoyur. Ancaq hesab edirəm ki, ənənəvi media daha peşəkardır və yanlış informasiyanın yayılmasının qarşısını bu peşəkar fəaliyyətlə almaq mümkündür".

"Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, saytların İP və reytinq uğrunda rəqabəti təbiidir: "Burda utandırıcı bir şey yoxdur. Sadəcə, sosial şəbəkələr nə qanunvericiliklə, nə də jurnalistlərin peşə etikası kodeksi ilə tənzimlənmir. İstənilən istifadəçi təhlükəli, amoral informasiyanı yaya bilər. Ancaq informasiya portalları o baxımdan güvənli sayılır ki, saytlar həm qanunvericilik, həm də peşə kodeksi qarşısında məsuliyyət daşıyır. Başlıqla bağlı məsələlərə gəldikdə isə redaktor öz materialını oxutmaq üçün müxtəlif vasitələrə əl ata bilər, eyni zamanda, başlığı cəlbedici edə bilər, ancaq bu, oxucunu aldatmaq həddinə çatmamalıdır".

"Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, ciddi xəbərə maraq azdır və saxta başlıqlı xəbərlərin oxunma sayı, təəssüf ki, daha yüksək olur.

İnternet media eksperti Fərid Şahbazlı qeyd edib ki, cəlbedici başlıqları qəbulolunandır, ancaq yazının mahiyyətini ifadə etməlidir. 

"Tanınmış biri ilə eyni ad və soyada sahib kimsə yol qəzasında dünyasını dəyişir. Avtomatik olaraq onun adını başlığa çıxarırlar və oxucu aldanır. Bu, yolverilməzdir, oxucunu aldatmaqdır", - deyə "Minval.info" saytın baş redaktoru Məhəmməd Türkmən medianın yeni trendini tənqid edib.
 
"Moderator.az" saytının baş redaktoru Zülfüqar Hüseynzadə bildirib ki, təəssüf ki, ciddi xəbər oxucunu cəlb etmir və şirkətlər də saytın İP göstəricilərinə əsasən reklam verirlər: "Bununla belə, bu gün ölkəmizdə 10-a yaxın informasiya resursu var ki, həm beynəlxalq xəbər agentlikləri onlara istinadə edir, həm də cəmiyyətin ziyalı kəsimi doğru xəbəri onlardan alır".
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb