Medinanın "Rizəspor"a keçidi gözlənilir

İDMAN
19:05 10.07.2023
192
"Qarabağ"ın futbolçusu Kevin Medinanın karyerasını harada davam etdirəcəyi sual altına düşüb.
 
30 yaşlı kolumbiyalı müdafiəçinin Türkiyə təmsilçisi "Rizəspor"a keçidi gözlənilir.

Lakin bu transfer hələ də baş tutmayıb. Medina "Qarabağ”dan getməklə bağlı qərar verməkdə çətinlik çəkir.

Bu üzdən Kevinin Ağdam klubunda qalması da istisna deyil. Onun Türkiyə təmsilçisinə keçmək ehtimalı 50 faizlə dəyərləndirilir.

Qeyd edək ki, Kevin Azərbaycan Premyer Liqasında keçirdiyi üç mövsümdə 66 matçda 1 qol vurub.
OXŞAR XƏBƏRLƏR