Medinski: Rusiya və Ukrayna memorandumların müzakirəsi üçün təmasları davam etdirəcək

Medinski: Rusiya və Ukrayna memorandumların müzakirəsi üçün təmasları davam etdirəcək
DÜNYA
00:51 24.07.2025
595
İstanbulda keçirilən danışıqların üçüncü raundu çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətləri memorandumları uzun müddət müzakirə ediblər, tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır.

Bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.

"Rusiya qeyd edib ki, sazişlərin 101 bəndi tam yerinə yetirilməyib. Tərəflərin memorandumlardakı mövqeləri bir-birindən kifayət qədər uzaqdır", - o qeyd edib.

Medinskinin sözlərinə görə, Ukrayna ilə danışıqların əvvəlki raundunda humanitar məsələlər üzrə bütün razılaşmalar yerinə yetirilib. Tərəflər memorandumları müzakirə etmək üçün təmasları davam etdirəcəklər.
 
//Report
OXŞAR XƏBƏRLƏR