Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından danışıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Medvedev Madurodan sonra Almaniya kansleri Fridrix Merzin oğurlanması da istisna etməyib.
Merz üçün "neonasist" ifadəsini işlədən Medvedev bildirib ki, "Merzin oğurlanması bu karnavalda mükəmməl bir süjet dönüşümü ola bilər. Bu məqamda bizi təəccübləndirəcək çox şey qalmayıb".
Medvedev belə bir ehtimalda bir az həqiqət payı olduğunu iddia edərək bildirib ki, "Hətta Almaniyada belə onu mühakimə etmək üçün əsaslar var və buna görə də, xüsusən də vətəndaşlar lazımsız əziyyət çəkirlərsə, bu, zərər verməz".
Gülay










































